BAKI, 16 oktyabr. TELEQRAF

Milli Məclis 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktub ünvanlayıb.

Teleqraf xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında çıxış edib.

Deputatlar sədrin bu təklifini alqışlarla qarşılayıblar.