BAKI, 6 oktyabr. TELEQRAF

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında oktyabrın 6-da üçüncü yarış gününün görüşləri keçirilir.

Teleqraf xəbər verir ki, -57 kq çəki dərəcəsində mübarizə aparan Xədicə Qədəşova 1/32 final mərhələsində mübarizəyə start verib.

O, bu turda Qırğızıstan təmsilçisi Janar Joldoşeva ilə qarşılaşıb.

Görüşün nəticəsinə əsasən, Xədicə Qədəşova qızıl xal prinsipinə əsasən mübarizəni dayandırıb.