BAKI, 30 sentyabr. TELEQRAF
Oktyabrın 3-də Monteneqronun Budva şəhərində boks üzrə U-17 Avropa çempionatı start götürəcək.
Teleqraf xəbər verir ki, 9 gün davam edəcək yarışda Azərbaycan millisi 21 boksçu ilə mübarizə aparacaq.
Yığmanın heyətində Aysel Fərəcova (46 kq), Aydan İsmayıllı (48 kq), Leyla Mahmudlu (52 kq), Alsu Yafarova (54 kq), Cəmilə Muradlı (57 kq), Fidan Bakarova (63 kq), Səma Abbasova (66 kq), Xumar Cəfərli (+80 kq), Həsrət Məmmədov (46 kq), Nihad Məmmədli (48 kq), Vaqif Məmmədli (50 kq), İsmayıl Nəsirzadə (52 kq), Qardaş Rəhimov (54 kq), Məhəmmədəli İstamov (57 kq), Əli Abaslı (60 kq), Məhəmmədəli Rüstəmov (63 kq), Yusif Həsənli (66 kq), Hidayət Məmmədov (70 kq), Yusif Ağakişiyev (75 kq), Şükar Əliyev (80 kq) və Mehran Rəsulov (+80 kq) yer alıblar.
Avropa çempionatında Azərbaycanı hakimlər Anar Nağdıyev və Qalib Əbiyev də təmsil edəcəklər.
Qeyd edək ki, yarışda 40 ölkədən 500-ə yaxın boksçunun iştirakı gözlənilir. Azərbaycan komandası oktyabrın 1-də Budvaya yollanacaq və ayın 12-də Bakıya qayıdacaq.