BAKI, 7 oktyabr. TELEQRAF

Qadınların -63 kq çəki dərəcəsində Azərbaycan təmsilçisi Hanna Zaytseva dünya çempionatında ilk görüşünü keçirib.

Teleqraf xəbər verir ki, Zaytseva 1/16 final mərhələsində Macarıstan təmsilçisi Anna Kriza ilə qarşılaşıb.

Cüdoçumuz rəqibinə ipponla məğlub olaraq turniri medalsız başa vurub.