BAKI, 7 oktyabr. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.

Teleqraf xəbər verir ki, Özbəkistan dövlət başçısı Rusiya liderini doğum günü münasibətilə təbrik edib.

Söhbət zamanı Vladimir Putinin Özbəkistan-Rusiya hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə töhfəsi qeyd edilib.

İkitərəfli əməkdaşlığın bütün istiqamətlər üzrə sürətlə inkişaf etdiyi vurğulanıb.

Prezidentlər beynəlxalq və regional əhəmiyyət daşıyan aktual məsələlər barədə də fikir mübadiləsi aparıb, qarşıdakı tədbirlər planını müzakirə ediblər.