BAKI, 6 oktyabr. TELEQRAF

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında oktyabrın 6-da üçüncü yarış gününün görüşləri keçirilir.

Teleqraf xəbər verir ki, -73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov 1/32 final mərhələsində Kosovo təmsilçisi Akil Qyakova ilə qarşılaşıb.

Görüşün nəticəsinə əsasən, Hidayət Heydərov ipponla növbəti mərhələyə yüksəlib.