BAKI, 7 oktyabr. TELEQRAF
“Müqavimət cəbhəsi (İranın Yaxın Şərqdəki proksi qüvvələri - red.) İsrailin sonunu gətirəcək”.
Teleqraf xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Əli Abdullahi HƏMAS-ın İsrailə hücumunun üçüncü ildönümü münasibətilə bəyanatında deyib.
“Bu əməliyyat İsrailin təsəvvürlərini aşdı və müqavimət cəbhəsinin düşmənlərinin hesablamalarını alt-üst etdi. 7 oktyabr hücumu müqavimət cəbhəsinin müdafiə strategiyasını hücum strategiyasına çevirdi”, - Abdullahi qeyd edib.