BAKI, 7 oktyabr. TELEQRAF

Qırğızıstan Prezidenti Sadır Japarov oktyabrın 8-9-da Türkmənistana işgüzar səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Sadır Japarov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun dəvəti ilə Türkmənbaşı şəhərində keçiriləcək Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının görüşündə və MDB-yə üzv dövlətlərin başçılarının növbəti Şurasının iclasında iştirak edəcək.