BAKI, 7 oktyabr. TELEQRAF

“Ukrayna Rusiyanın xalqımıza qarşı bütün zərbələrinə ədalətli cavab kampaniyasını davam etdirir”.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

“Son sutka ərzində döyüşçülərimiz Rusiyanın amansız müharibəsini maliyyələşdirməsinə və aparmasına kömək edən dörd hədəfə zərbələr endiriblər. Perm, Samara və Həştərxan vilayətlərində iki neft obyektinə və bir poliqona zərbələr endirilib. Qara dənizdə də cavab verilib”, - o bildirib.