BAKI, 6 oktyabr. TELEQRAF

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında oktyabrın 6-da üçüncü yarış gününün görüşləri baş tutub.

Teleqraf xəbər verir ki, -73 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycanın digər təmsilçisi Rəşid Məmmədəliyev ilk görüşünü 1/16 final mərhələsində keçirib.

Cüdoçumuz bu mərhələdə Kanada təmsilçisi Castin Lemirlə qarşılaşıb. Qızıl xal prinsipinə əsasən, Rəşid Məmmədəliyev növbəti mərhələyə yüksəlib.