BAKI, 5 oktyabr. TELEQRAF

Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Bakıda keçirilən dünya çempionatının 1/4 final mərhələsinə yüksəlib.

Teleqraf xəbər verir ki, 52 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Avstraliya təmsilçisi Tinka İstonla üz-üzə gəlib.

Rəqibinə qalib gələn G.Məmmədəliyeva 1/4 final mərhələsinə vəsiqə əldə edib.

***

12:14

Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

Teleqraf xəbər verir ki, 52 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində İsrail təmsilçisi Gefen Primo ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn G.Məmmədəliyeva 1/8 final mərhələsinə vəsiqə əldə edib.