BAKI, 7 oktyabr. TELEQRAF

“Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytında “Xarici siyasət” bölməsinin məzmunu silinib”.

Teleqraf xəbər verir ki, bu barədə erməni politoloq Eduard Abramyan məlumat verib.

O qeyd edib ki, əvvəllər həmin bölmədəki mətnlərdən kitab və digər “akademik tədqiqatlar”ında istifadə edib:

“İndi isə bu məzmun yoxdur. Bu, yetkin dövlətlərdə, institutsional yaddaşa hörmət edən ölkələrdəki kimi, diqqətlə arxivləşdirilməyib, birbaşa silinib. Bununla da müasir Ermənistan Respublikasının siyasi tarixində xarici siyasətin bütövlüyünü təşkil edən rəsmi yazılı sənəd faktiki olaraq məhv edilib”.

Abramyanın sözlərinə görə, orada digər məsələlərlə yanaşı, Qarabağ məsələsinə dair İrəvanın mövqeyi də yer almışdı. Bundan əlavə, silinmiş məzmunda “Ermənistan və Rusiya arasında xüsusi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri”ndən bəhs olunub. Eləcə də ABŞ və Avropa İttifaqı ilə münasibətlərə dair qeydlər.