BAKI, 7 oktyabr. TELEQRAF

“Avropada Təhsil” sərgisində Latviyadan doqquz universitet iştirak edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya “Avropada Təhsil” sərgisi ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, sərgidə iştirak edən universitetlər gənclərə müxtəlif sahələrdə təhsil almaq üçün geniş imkanlar təqdim edir:

“Bu doqquz universitet müxtəlif təhsil istiqamətlərini əhatə edir. Buraya texnologiya, elmlər və humanitar sahələr də daxil olmaqla, gənclərin maraq göstərə biləcəyi bütün istiqamətlər daxildir”.