BAKI, 7 oktyabr. TELEQRAF
Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiyanın Bryansk vilayətində Seşça aerodromuna zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
Zərərin miqyası müəyyənləşdirilir.
Bryansk vilayətinin Qrinyovo rayonunda elektron müharibə və Elionkada radar stansiyaları vurulub.