BAKI, 19 mart. TELEQRAF

21 yaşadək karate üzrə Azərbaycan yığma komandasının yeni baş məşqçisi müəyyənləşib.

Azərbaycan Karate Federasiyasından Teleqraf-a verilən məlunata görə, bu vəzifəyə Elnur İbrahim təyin edilib.

Qeyd edək ki, Elnur İbrahim bundan öncə 2002 - 2009-cu illərdə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət, 2009 - 2024-cü illərdə Küveyt Karate Federasiyasının böyüklərdən ibarət yığmasının baş məşqçisi vəzifələrində çalışıb.