BAKI, 26 oktyabr. TELEQRAF

Oktyabrın 26-da U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kuboku başa çatıb.

Teleqraf Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan yarışın son günündə 175 cüdoçu 8 dəst medal uğrunda qüvvəsini sınayıb.

Qızlar arasında -44 kq, -52 kq, -63 kq, +70 kq, oğlanlarda isə -55 kq, -66 kq, -81 kq və +90 kq çəki dərəcələrində medalçılar bəlli olub.

Ne-vaza cüdoda yerüstü (parter) mübarizəni əhatə edən texnikalar toplusudur. Bu istiqamət üzrə hazırlıq idmançıların parterdə hücum və müdafiə imkanlarının inkişaf etdirilməsinə, görüş zamanı müxtəlif taktiki vəziyyətlərə daha effektiv uyğunlaşmasına xidmət edir.

Mükafatçıları təqdim edirik:

Qızlar

-44 kq
1. Zəhra Quliyeva (Bakı şəhəri 2 nömrəli RİOEUGİM)
2. Məryəm Əhmədzadə (Bakı şəhəri 8 nömrəli İOEUGİM)
3. Aysu Əliyeva (Bakı şəhəri 1 nömrəli RİOEUGİM), Fidan İbrahimli (Bakı şəhəri 13 nömrəli İOEUGİM)

-52 kq
1. Səkinə Zeynalova (Bakı şəhəri 8 nömrəli İOEUGİM)
2. Zəhra Seyidzadə (RKİM)
3. Əsma Cabbarlı (Bakı şəhəri 8 nömrəli İOEUGİM), Samirə Əliyeva (Balaxanı İM)

-63 kq
1. Səma Vəlizadə (Neftçi Sumqayıt)
2. Zilan Hüseynli (Şağan OİK)
3. Mələk Nəcəfova (Bakı şəhəri 13 nömrəli İOEUGİM), Nəzakət Vəliyeva (Qədiroğlu İK)

+70 kq
1. Dəniz Həbibli (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
2. Rəhimə İsmiəliyeva (Bakı şəhəri 8 nömrəli İOEUGİM)
3. Zəhra İbadova (Neftçi İK)

Oğlanlar

-55 kq
1. Rəvan Məmmədli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
2. Ülvi Əlizadə (Sumqayıt şəhəri İOEUGİM)
3. Emil Mürvələdov (Neftçi İK), Qərib Atababayev (Bakı şəhəri 8 nömrəli İOEUGİM)

-66 kq
1. İsmayıl Quluyev (Bakı şəhəri 8 nömrəli İOEUGİM)
2. Həsən İbadov (Neftçi İK)
3. Nuru Sadıqzadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM), Yusif Hüseynov (RKİM)

-81 kq
1. Cavidan Ağa (Qəbələ İK şəhər)
2. Nemət Ələsgərov (Qəbələ İK şəhər)
3. Nurəli İsmayılov (Gəncə şəhəri 1 nömrəli UGİŞM), İbrahim Hacıyev (ROİL)

+90 kq
1. Nihad Məlikli (Neftçi Sumqayıt)
2. Nazim Ağayev (FHN İSK)
3. Ruslan Kazımov (Gəncə şəhəri 1 nömrəli UGİŞM), Baxış Əhmədov (Bakı şəhəri 13 nömrəli İOEUGİM)