BAKI, 28 oktyabr. TELEQRAF
Azərbaycan boksçularının Avropa çempionatlarında qazandıqları medalların sayı 25-ə çatıb.
Teleqraf xəbər verir ki, milli komandalar 2026-cı ildə qatıldıqları 4 qitə birinciliyində 5 qızıl, 8 gümüş və 12 bürünc medal əldə ediblər.
Ən yüksək nəticəni U-15 millisi göstərib. Komanda Trabzonda başa çatan Avropa çempionatında 10 medal qazanıb.
U-17 yığması qitə birinciliyini 8 medalla başa vurub. Böyüklərdən ibarət milli isə Avropa çempionatında rekord nəticə göstərərək 5 mükafata sahib çıxıb. Hər iki komandanın 2 üzvü qızıl medal qazanıb.
U-19 millisinin hesabında isə 2 medal var.
Beləliklə, Azərbaycan boksçuları 2026-cı ildə iştirak etdikləri bütün Avropa çempionatlarında mükafatçılar sırasında yer alıblar. Milli komandalar bu yarışların 3-də medal sıralamasına görə ilk altılığa düşüblər.