BAKI, 17 fevral. TELEQRAF

Rusiya və Belarus cüdoçuları 2028 Los-Anceles Yay Olimpiya Oyunlarına buraxıla bilərlər.

Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Teleqraf-a müsahibəsində bildirib.

Vizer hər iki ölkə cüdoçularının onların üzvü olduğunu qeyd edib: "Rusiya və Belarus cüdoçularının nə zaman qayıdacaqlarını gözləyirik. Ümidvaram ki, biz onları tezliklə görəcəyik və sülh bərqərar olacaq. Belə də bizim cüdo ailəmizin üzvləridirlər, bizimlədirlər. Düşünürəm ki, növbəti Yay Olimpiya Oyunlarında olacaqlar".

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi, Rusiyanın Ukraynaya etdiyi hərbi təcavüzə görə, bu ölkənin və Belarusun idmançılarını yarışlardan kənarlaşdırıb.

Marius Vizerin Teleqraf-a verdiyi müsahibənin tam versiyasını buradan oxuya bilərsiniz.