BAKI, 27 may. TELEQRAF
Bakıda keçirilən “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfransda birgə kommunike qəbul edildi.
Teleqraf xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev birgə kommunikenin mətnini səsləndirib.
O qeyd edib, bununla da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunan üç günlük konfrans başa çatdı.
Panel müzakirələr formatında keçən elmi konfransda müzakirələrdən sonra yekunda birgə kommunike qəbul edilib.
Qeyd edək ki, bir qədər sonra təşkilatçıların mətbuat konfransı gözlənilir.