QUSAR, 16 iyul. TELEQRAF

"Spiritual, dini mövzularda olan xəbərlər cəmiyyətdə maraqla qarşılanır".

Teleqraf-ın Qusara ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu APA TV-nin baş direktoru Orxan Məmmədli Qusarda keçirilən “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” mövzusunda konfransda deyib.

O qeyd edib ki, bu mövzular həmişə müzakirə predmeti olur:

“Düşünürəm, bu mövzuda məsuliyyət güc strukturlarının əməkdaşları, din xadimləri, ilahiyyatçılar ilə yanaşı, həm də jurnalistlərin və medianın üzərində düşür. İndiki durumda daha çox da medianın üzərinə düşür. Hesabatlara baxdıqda görürük ki, bu istiqamətdə hazırladığımız layihələr uğurludur”.