BAKI, 2 noyabr. TELEQRAF

Azərbaycanlıların bölgədəki dədə-baba torpaqlarından məqsədyönlü didərgin salınması - etnik təmizləmə və deportasiyaların acı nəticələrindən biri də qazılıqların fəaliyyətini məcburi dayandırması olub.

Teleqraf xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə "İrəvan Qazılığının tarixi" kitabının təqdimat mərasimində deyib.

O bildirib ki, QMİ tərəfindən tarixi İrəvan Qazılığının fəaliyyətinin bərpa edilməsi böyük bir zərurət, zamanın tələbi idi.

"Qərbi Azərbaycanda milli varlığımızın mənəvi sütununu yenidən dirçəltmək məramı ilə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Qərbi Azərbaycanda İrəvan Qazılığını bərpa etdi. Bölgənin tarixi-İslam dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi əsrlərə söykənən ənənəvi mənəvi irsin varisi olaraq, tarixi köklərinə istinadən dini-mənəvi mərkəz missiyasını həyata keçirməkdədir", - A.Paşazadə vurğulayıb.