BAKI, 19 yanvar. TELEQRAF

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib.

Teleqraf xəbər verir ki, paylaşımda deyilir:

"20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!".