BAKI, 24 iyun. TELEQRAF

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək.

Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nında əksini tapıb.

Qeyd olunub ki, cəzaçəkmə müəssisələrində peşə təhsili müəssisələrinin infrastrukturunun, avadanlığının qurulması və yenilənməsi əsas iqtiqamətlərindən biridir.