BAKI, 6 oktyabr. TELEQRAF

İrəvan şəhərinin merinin mətbuat katibi Cülyetta Azaryan paytaxtla bağlı rəsmi videolarda Türkiyə ərazisində yerləşən Ağrı dağının göstərilməməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Teleqraf xəbər verir ki, o, məsələni gündəmə gətirən Ermənistan müxalifətini hibrid müharibədə ittiham edib.

“Heç mövzuya yaxın belə bir müzakirə, təşəbbüs və ya ideya da olmayıb. Bu, açıq şəkildə hibrid müharibədir, həssas mövzunu götürüb müvəqqəti gündəm formalaşdırmağa cəhd göstərməkdir”, - Azaryan qeyd edib.

Xatırladaq ki, ermənilər Türkiyə ərazisində yerləşən Ağrı dağını “Ararat” adlandırırlar. Ağrı dağını “Böyük Ermənistan” xülyasının simvolu hesab edən ermənilər dağın yerləşdiyi Türkiyə ərazisinə də iddia irəli sürürlər.