BAKI, 20 avqust. TELEQRAF

Yaponiya hökuməti Rusiya Prezidenti Vladimir Putinin mübahisəli İturup adasına səfəri ilə əlaqədar Moskvaya qarşı mümkün addımları nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin katibi Minoru Kixara bildirib.

Rəsmi Tokionun mövqeyi artıq Rusiya tərəfinə çatdırılıb.

Yaponiya bundan əvvəl də Vladimir Putinin Kuril adalarına səfəri ilə bağlı rəsmi etiraz bildirmişdi.

Rusiya Xarici İşlər Nazirliyi də öz növbəsində Yaponiyanın Moskvadakı səfirinə Tokionun açıqlamaları ilə bağlı etirazını bildirərək, Rusiyanın Kuril adaları üzərində suverenliyinin və yurisdiksiyasının dəyişməz olduğunu vurğulamışdı.