BAKI, 20 avqust. TELEQRAF
İrəvan “Ermənistanın İnkişaf Planı” üzrə yeni Konstitusiya qəbul etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, layihə ölkənin vahid elektron hökumət portalında dərc edilib.
Qeyd olunur ki, yeni Konstitusiya layihəsi ictimai müzakirəyə təqdim olunacaq və bundan sonra hakimiyyət referendum keçirmək niyyətindədir.
Həmin proqramda Ermənistan hökuməti ölkənin növbəti beş il üçün xarici siyasət prioritetlərini müəyyən edib. Bu proqrama əsasən, İrəvan Azərbaycan, Türkiyə, Avropa İttifaqı (Aİ) və ABŞ ilə əməkdaşlığı dərinləşdirməyi planlaşdırır.
Xatırladaq ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi yekun sülh sazişinin imzalanması üçün Azərbaycanın tələbidir. İrəvan bunun üçün Azərbaycana qarşı ərazi iddialarını Konstitusiyadan çıxarmalıdır.