BAKI, 27 iyul. TELEQRAF

“Avropa İttifaqı (Aİ) yeni üzvləri ədalətsiz şərtlərlə qəbul etməyi planlaşdırır və bərabərhüquqlu üzvlük niyyətində görünmür”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamenti sədrinin müavini Nino Tsilosani deyib.

Tsilosaninin sözlərinə görə, bu, Gürcüstanla üzvlük danışıqlarının niyə dayandırıldığını da izah edir.

“Faktdır budur ki, Avropa İttifaqı ya ümumiyyətlə yeni üzvləri qəbul etməyi planlaşdırmır, ya da ən azı hazırkı mərhələdə bunu ədalətsiz şərtlərlə etmək niyyətindədir. Yəqin bu, Gürcüstanın niyə hədəfə çevrildiyini və onunla danışıqlar prosesinin niyə dayandırıldığını da yaxşı izah edir”, - o bildirib.

Nino Tsilosani vurğulayıb ki, bu yanaşma Brüsselin Gürcüstanı mövcud vəziyyətdə saxlamaq üçün əlavə motivasiyasıdır:

“Görünür, Avropa İttifaqı bərabərhüquqlu üzvlər qəbul etməyi planlaşdırmır, ölkələri yalnız öhdəliklərin olduğu, amma heç bir hüququn verilmədiyi, faktiki olaraq asılılıq prinsipi ilə qəbul etmək istəyirlər. Əgər söhbət bundan gedirsə, onda bütün sualların cavabı aydındır”.