BAKI, 2 noyabr. TELEQRAF
“Böyük ehtimalla TRIPP infrastrukturlarına görə Ermənistan-Azərbaycan sərhədlərində fövqəladə delimitasiya işləri həyata keçiriləcək”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib.
Qriqoryan hesab edir ki, TRIPP layihəsinin yerdəki icrası delimitasiya prosesinə təsir edəcək.
O bildirib ki, hazırda delimitasiya işlərinin növbəti mərhələsinin qrafiki ilə bağlı hələlik razılaşma yoxdur:
“Düşünürəm ki, bu razılaşma tezliklə əldə olunacaq”.