BAKI, 11 iyun. TELEQRAF
Ermənistan hökuməti bugünkü iclasında “BMT-nin səyahət sənədi (UN Laissez-Passer) və Avropa İttifaqının (Aİ) səyahət sənədi (EU Laissez-Passer) daşıyıcıları üçün Ermənistana vizasız giriş rejiminin tətbiqi haqqında” qərarı qəbul edib.
Teleqraf xəbər verir ki, qərara əsasən, BMT və Avropa İttifaqı tərəfindən verilmiş səyahət sənədlərinə malik vəzifəli şəxslər Ermənistana giriş vizası almadan səfər edə və ölkə ərazisində maksimum 180 gün qala biləcəklər.
Bildirilib ki, qərarın məqsədi Avropa İttifaqı və BMT ilə münasibətlərin daha da dərinləşdirilməsinə, əlverişli mühitin formalaşdırılmasına, həmçinin Ermənistanın beynəlxalq təşkilatların əməkdaşları üçün cəlbediciliyinin artırılmasına töhfə verməkdir.