BAKI, 5 iyun. TELEQRAF

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxa bilər.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan seçkiöncəsi debatlar zamanı bəyan edib.

Debat zamanı müxalif "Güclü Ermənistan" partiyasının nümayəndəsi Narek Karapetyan hökumət başçısına müraciət edərək, ölkənin təşkilatdakı üzvlüyünün dondurulmasının nə anlama gəldiyini soruşub.

Cavabında N.Paşinyan Ermənistanın KTMT-ni tərk etmək ehtimalını istisna etməyib:

"Nə olsun, lap elə KTMT-dən çıxarıq. Bizi qorxudurunuz? Buna özümüz qərar verəcəyik. Lukaşenkonun (Belarus Prezidenti - red.) yenidən bizim təhlükəsizlik qarantımız olmasına icazə verməyəcəyik".