BAKI, 3 iyun. TELEQRAF
“Azərbaycanı tərk edən ermənilər bir daha geri qayıtmayacaqlar”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Hökumət başçısı əlavə edib ki, azərbaycanlıların da Ermənistana qayıtması məsələsi gündəmdə deyil.
“Belə bir mövzu olmayıb, yoxdur, olmayacaq da. Çünki münaqişə səhifəsini bağlamışıq”, - Paşinyan vurğulayıb.