BAKI, 19 may. TELEQRAF

“Ermənistan və Litva artıq strateji tərəfdaşdır”.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Litva xarici işlər naziri Kestutis Budris ilə birgə mətbuat konfransında bildirib.

“Münasibətlərimizin səviyyəsini yüksəldən sənəd imzaladıq. Ermənistan və Litva bu andan etibarən strateji tərəfdaşlardır”, - Mirzoyan deyib.

O qeyd edib ki, bu format siyasi dialoq və əməkdaşlığı daha da dərinləşdirmək üçün fürsət yaradacaq.