BAKI, 8 may. TELEQRAF
“Samvel Karapetyan, Qaqik Sarukyan və Robert Köçəryan Ermənistanın yenə Rusiyanın köləsi olmasını istəyirlər”.
Teleqraf xəbər verir ki, bunu erməni politoloq Armine Marqaryan deyib.
Ekspert qeyd edib ki, Azərbaycanla sülhə qarşı çıxan bu radikal, rusiyapərəst qüvvələr Ermənistanı 2020-ci ildən əvvəlki - münaqişə dövrünə qaytarmaq istəyirlər.
“Yenidən ölkəmizi “Bizim böyük qardaşımız var, bizim əvəzimizə hər şeyi edəcək” (Rusiyanı nəzərdə tutur - red.) düşüncəsinə aparmağa çalışırlar. Bütün nailiyyətlərimizin üstündən xətt çəkmək, bizi sülhdən geri qaytarmaq istəyirlər. Bəs biz daha bir, iki, üç nəsli qurban verməyə hazırıqmı? Tarixi iddiaların (ərazi iddialarının - red.) arxasınca düşərək real Ermənistanı unuduruq. Biz necə ordu istəyirik - canlı resurslarının top yemi olduğu ordu? Necə cəmiyyət istəyirik - övladları Rusiya vətəndaşı olan və onun ordusunda xidmət edən cəmiyyət? Biz belə şey istəmirik. Kölə olmaq istəyirik? Biz istəmirik, kim istəyirsə, qoy getsin, yol açıqdır”, - Marqaryan vurğulayıb.
Politoloq erməni cəmiyyətinin bu bu radikal qüvvələrdən fərqli olaraq, sülh istədiyini və başqa ölkənin köləsi olmaq istəmədiyini iddia edib.