BAKI, 30 aprel. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan 2024-cü ildə Azərbaycana təklif etdiyi strateji razılaşma barədə danışıb.

Teleqraf xəbər verir ki, bu barədə ona brifinqdə jurnalistlər sual ünvanlayıblar.

“Razılaşmanın mahiyyəti ondan ibarətdir ki, Almatı Bəyannaməsi əsasında qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınmasından sonra tərəflər sərhədlərin demarkasiyasını həyata keçirir və bir-birini rahat buraxırlar”, - o bildirib.

Paşinyan bu kontekstdə ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə qayıtması məsələsini əks təsirli hesab etdiyini bir daha təkrarlayıb.

Ermənistan Baş naziri vurğulayıb ki, Azərbaycanın buna cavab olaraq tutarlı arqumentləri var.