BAKI, 30 aprel. TELEQRAF
Ermənistanın keçmiş müdafiə nazirinin müavini müavini Ara Nazaryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsində baxılan cinayət işi üzrə ittiham olunub.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
O və bir qrup hərbçi Ermənistan Müdafiə Nazirliyi tərəfindən mənzillərin verilməsi ilə bağlı cinayət işinə cəlb olunub.
Qeyd edək ki, Ara Nazaryan 10 il (2007-2017) Ermənistan müdafiə nazirinin müavini vəzifəsində çalışıb, 2017-2020-ci illərdə isə fövqəladə hallar nazirinin müavini postunu tutub.