BAKI, 24 aprel. TELEQRAF
Ermənistan müdafiə naziri Suren Papikyan Fransanın Silahlı Qüvvələr üzrə naziri Alis Ruffonu qəbul edib.
Teleqraf xəbər verir ki, görüşdə Ermənistan-Fransa hərbi əməkdaşlığı ilə bağlı bir sıra məsələlər müzakirə olunub.
İkitərəfli əməkdaşlığın hazırkı səviyyəsi yüksək qiymətləndirilib, onun davamlı dərinləşdirilməsinin vacibliyi vurğulanıb.