BAKI, 20 mart. TELEQRAF
Ermənistanın müdafiə naziri Suren Papikyan Azərbaycan ordusunun Ermənistanın ərazisində yeni hərbi mövqelər (postlar) qurması barədə yayılan iddiaları rədd edib.
Teleqraf xəbər verir ki, nazir bu barədə parlamentdə jurnalistlər üçün keçirdiyi brifinq zamanı bildirib.
Jurnalistlərin Azərbaycanın 2021-ci ildən bəri Ermənistan ərazisində hərbi nəzarət nöqtələri və istehkamlar qurub-qurmaması ilə bağlı sualına nazir qətiyyətlə cavab verib:
"Mən bunu təkrar-təkrar təkzib edirəm. Ermənistan ərazisində Azərbaycan tərəfindən heç bir hərbi mövqe (post) qurulmayıb. Ermənistan Müdafiə Nazirliyi bu barədə artıq rəsmi bəyanat yayıb. Bir daha təkrarlayıram ki, ölkə ərazisində hər hansı yeni döyüş mövqeyi yaradılmayıb".