BAKI, 13 mart. TELEQRAF
Ermənistan müdafiə naziri Suren Papikyan Brüsseldə Avropa İttifaqının müdafiə sənayesi və kosmik məsələlər üzrə komissarı Andrius Kubilius ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Görüşdə müdafiə sektorunda əməkdaşlıq imkanları və inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlər müzakirə edilib.