BAKI, 12 mart. TELEQRAF
Ermənistanın yeni Konstitusiyasında ziddiyyətli məntiqə görə Müstəqillik Bəyannaməsinə istinadlar olmamalıdır.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində deyib.
“Bəli, yeni Konstitusiya Müstəqillik Bəyannaməsinə istinad etməməlidir. Sizə səbəbini deyəcəyəm: çünki Müstəqillik Bəyannaməsi münaqişə məntiqi üzərində qurulub. Biz münaqişə məntiqinə əsaslanaraq müstəqil dövlət qura bilmərik”, - bildirib.
Qeyd edək ki, Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Rəsmi Bakı yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında müvafiq düzəlişin olunmasını tələb edib.