BAKI, 5 mart. TELEQRAF

Türkiyə Xarici İşlər Nazirliyi İrandan Azərbaycanın Naxçıvan bölgəsinə PUA hücumu ilə bağlı bəyanat verib.

Teleqraf xəbər verir ki, rəsmi Ankara Türkiyənin bundan sonra da Azərbaycana dəstəyinin davam edəcəyini bəyan edib.

“Bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş PUA hücumlarını qətiyyətlə pisləyirik. Bölgədə üçüncü ölkələri hədəfə alan və müharibənin yayılma riskini artıran bu hücumlara dərhal son qoyulmalıdır.

Türkiyə hər zaman olduğu kimi bundan sonra da Azərbaycanla birgə dayanmağa davam edəcək”, - bəyanatda vurğulanıb.