BAKI, 18 fevral. TELEQRAF
“Robert Köçəryan və tərəfdarları Azərbaycanla Ermənistan arasında sülh prosesini pozmağa çalışırlar”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyan deyib.
Vitse-spiker Ermənistan müxalifətinin liderlərinin sülhə qarşı olduqlarını bildirib.
“Müxalifət çətinliklə qurulan sülh arxitekturasını pozmağa çalışır. Köçəryan və iki oliqarxın komanda yoldaşları heç bir halda hakimiyyətə gəldikləri təqdirdə sülh müqaviləsini imzalayacaqlarını demirlər. Hər cür söz oyunundan istifadə edirlər, amma bu sadə cümləni dillərinə gətirmirlər”, - Rubinyan vurğulayıb.