BAKI, 13 yanvar. TELEQRAF
Ermənistan müdafiə naziri Suren Papikyan siyasi nümayişlərdə hərbiçilərin iştirak etməsi ilə bağlı iddianı təkzib edib.
Teleqraf xəbər verir ki, bu barədə o, mətbuat konfransında bildirib.
Papikyan deyib ki, ordu siyasi proseslərdə iştirak edə bilməz və bu mümkünsüzdür.
Siyasi proseslərdəki öz iştirakından danışarkən nazir xatırladıb ki, o həm vətəndaşdır, həm hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvüdür, həm də müdafiə naziri:
“Mən həmçinin siyasi xadəməm, hərbçi deyiləm, poqon daşımıram, bu, mənim siyasi fəaliyyətimin bir hissəsidir. Mən öz rolumda qalır və partiyamın bütün qərarlarını dəstəkləyirəm”.