BAKI, 8 yanvar. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsi ilə Azərbaycan arasında benzinlə yanaşı, digər malların ticarət imkanları barədə danışıb.

Teleqraf xəbər verir ki, bu barədə o, brifinqdə bildirib.

“Hazırda proses gedir, Ermənistan və Azərbaycan potensial malların siyahısının mübadiləsini aparır, hansı məhsulu satmaq və hansını almaqla maraqlıdırlar - bunlar aydınlaşdırılır. Proses davam edir, yeni məlumatlar olduqda biləcəksiniz. Bilirəm ki, ilkin məhsul siyahıları üzrə dəyişikliklər edilib, hələ araşdırma prosesi davam edir”, - baş nazir vurğulayıb.