BAKI, 16 dekabr. TELEQRAF
“İvanişvili hakimiyyətinin devrilməsi üçün mühüm rıçaq xaricdədir, bunun 70 faizi xaricdən, 30 faizi isə daxildən asılıdır”.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstanın müxalif Milli Hərəkat Partiyasının rəsmi nümayəndəsi Levan Sanikidze deyib.
“Bu ölkədə müxalifətçi olmaq repressiyalar altında yaşamaq deməkdir. İvanişvili hakimiyyəti ilə qarşıdurma təkcə küçədə baş vermir, mənim dərin inamıma görə, İvanişvili hakimiyyətinin devrilməsi üçün rıçaqların 70 faizi xaricdə, qalan 30 faiz isə ölkə daxilindədir. Hər dalğanın öz məntiqi anı var və bu, hazırlıq tələb edir. Düşünürəm ki, hazırda məhz bu mərhələdəyik. Hələlik məndə sabah 200 min insanın küçəyə çıxacağı hissi yoxdur. Bidzina İvanişvilinin əsas qorxusu ölkə xaricindədir. Bu baxımdan Milli Hərəkatın xarici siyasət komandası qədər işləyən yoxdur. Bura partiya sədri, xarici işlər katibi və (partiyanın lideri) Mixeil Saakaşvilinin əlaqələri də daxildir”, - müxalif siyasətçi vurğulayıb.