BAKI, 5 dekabr. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginə qarşı kampaniyaya səfirləri cəlb edib.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, baş nazir xaricdə akkreditə olunmuş diplomatlara təmsil olunduqları ölkələrdəki erməni kilsələrinin rəhbərləri ilə izahat işi aparıb onları hökumətin tərəfinə çəkməyi tapşırıb.
Nəşrin yazdığına görə, ABŞ-dəki erməni kilsəsinin qərb yeparxiyasının primatı arxiyepiskop Hovnan Tərtəryana II Qareginin vəzifəsindən uzaqlaşdırılacağı təqdirdə katolikos taxtı vəd edilib. Tərtəryan noyabrın 29-da katolikosu istefaya çağıran son petisiyanı imzalayanlardan biridir. Arxiyepiskopla danışıqları Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyan aparıb.