BAKI, 5 dekabr. TELEQRAF

Bütün ermənilərin katolikosu II Qaregin həbs edilə bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.

Nəşr hazırda Ermənistan Baş naziri Nikol Paşinyanın əsas hədəfinin bu olduğunu yazıb:

“Nikol Paşinyan hökuməti artıq öz planının icrasının son mərhələsinə yaxınlaşır. Mənbələrimiz bildirirlər ki, (narkotik vasitələri satma ittihamı ilə saxlanılan) Arşak Xaçaturyanın həbsindən sonrakı mərhələdə baş nazir katolikosun həbsi məsələsinə keçəcək, o, geri addım atmaq niyyətində deyil. Hakimiyyət daxilindəki mənbələrimiz deyirlər ki, hüquq-mühafizə orqanları bu istiqamətdə işləyir, yaxın günlərdə katolikosun həbsə alınması gözlənilir”.