BAKI, 8 noyabr. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Zəfər Günü münasibəti ilə təbrik edib.

Teleqraf xəbər verir ki, o, bu barədə sosial mediada hesabındakı paylaşımında bildirib.

“Qarabağın 30 illik işğalına son qoyan möhtəşəm və əzəmətli zəfərin beşinci ildönümündə Vətən müharibəsində torpaq uğrunda canlarından keçən bütün şəhidlərimizi, Azərbaycanın igid övladlarını rəhmətlə yad edirəm. Azərbaycan xalqını Zəfər Günü münasibətilə səmim-qəlbdən təbrik edirəm”, - Türkiyə Prezidenti vurğulayıb.

Qeyd edək ki, bu gün Zəfər Gününün beşinci ildönümü münasibəti ilə Bakıda keçirilmiş hərbi paradda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif də iştirak edib.