BAKI, 8 noyabr. TELEQRAF
“Ermənistan Baş naziri Nikol Paşinyanın vəzifəsində çox az vaxtı qalıb”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri general-mayor Arşak Karapetyan deyib.
“Paşinyanın hakimiyyətdə çox az vaxtı qalıb. Böyük ehtimalla, qarşıdakı 8 ay ərzində onunla bağlı bütün məsələlər həll olunacaq. Ən çoxu səkkiz ay. Düşünürəm ki, daha tez olacaq”, - o bildirib.