BAKI, 6 noyabr. TELEQRAF
Ermənistan Rusiyadan müxtəlif məhsulların dəmir yolu ilə Azərbaycan ərazisindən keçməklə idxalı imkanlarını qiymətləndirir.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan brifinq zamanı bildirib.
"Hazırda Rusiyadan müxtəlif məhsulların idxalı üçün müraciətlər formalaşdırılır. Növbəti mərhələdə bu marşrutla Ermənistanın öz məhsullarını Rusiyaya və Qazaxıstana ixrac etmə imkanları da araşdırılmalıdır", - o qeyd edib.