BAKI, 27 oktyabr. TELEQRAF

“Nikol Paşinyan o vaxt “Qarabağ Ermənistandır” deyəndə başqa cür düşünürdü”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvü Sasun Mikayelyan bildirib.

“O, bir anda “Qarabağ Ermənistandır” dedi. Doğrudan da o vaxt başqa cür düşünürdü, amma sonra 44 günlük müharibə baş verdi, sonra nə oldu, bilmirəm”, - deyə o qeyd edib.